“Gözümü açdım ki, əlimi, ayağımı yatağa bağlayıblar” – Əməkdar artistbackend

"Gözümü açdım ki, əlimi, ayağımı yatağa bağlayıblar" - Əməkdar artist

“Sağ qalmağım bir möcüzə idi. Ciyərlərim 75 faiz şüşə olmuşdum. Yaxşı ki o anda güzgüyə baxmamışam. Bütün gömgöy idim, ayaqüstə dura bilmirdim. Başına gələn bilir ki, nədir. Oğlum Kərim deyir ki, bilirsən nə gündə idin?”.
KONKRET.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Zaurla Günaydın” proqramında deyib. Rusiyada koronavirusa yoluxan müğənni xəstəxanada keçirdiyi çətin anlardan danışıb:

“19 gün reanimasiyada qaldım. Neçə gün yatmışam, heç nədən xəbərim olmayıb. Oyandım ki, əllərim, qollarım bağlı, dişim sınıb. Narkoz altında məni yatızdırırdılar. Yanımda gündə bir xəstə ölürdü./axşam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*