Gülbahar Şükürlü koronavirusa yoluxdubackend

Gülbahar Şükürlü koronavirusa yoluxdu

Əməkdar artist Gülbahar Şükürlü koronovirus infeksiyasına yoluxub.

KONKRET.az bildirir ki, bu haqda Axşam.az-a açıqlamasında qarmon ifaçısı özü deyib. O bildirib ki, bir neçə gündür hərarəti var, özünü pis hiss edir:

“Üç-dörd gündür narahatam. Dünəndən hərarətim qalxıb. Çox da ağır keçirtmirəm. Müalicələrimə başlamışam. Hələ ki, evdə müalicəm davam edir”.

Musiqiçi bildirib ki, səhhəti ilə bağlı vaksin vurdura bilməyib:

“Bilirsiniz ki, başımdan əməliyyat olunmuşam. Onla bağlı müalicə alırdım. Ona görə də vaksin hələ vurdurmağa icazə verilmirdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*