Güneyli məhbus Urmiya həbsxanasında həyatını itirdi – FOTObackend

Güneyli məhbus Urmiya həbsxanasında həyatını itirdi - FOTO

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhər həbsxanasında azərbaycanlı məhbus Fərhad Nəğizadə həyatını itirib.

KONKRET.az xəbər verir ki, “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Nəğizadənin yaxınları və kamera yoldaşları məlumat yayıblar.

Onların sözlərinə görə, kəskin ürək ağrılarından əziyyət çəkən məhbusun xəstəxanaya köçürülməsi və müalicə olunmasına icazə verilmədiyi üçün o, dünyasını dəyişib.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran həbsxanalarında məhbusların intiharı və ölüm hallarının artması ilə bağlı yerli və beynəlxalq insan haqları təşkilatları dəfələrlə xəbərdarlıq ediblər.

Bir müddət öncə Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları barədə yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

“İran hökuməti zindanları qəsdən məhbuslar üçün ölüm otaqlarına çevirib”, –  deyə hesabatda vurğulanıb.

Qeyd edilir ki, rəsmi olaraq adları bilinən həyatını itirmiş 96 məhkumun 22-i Urmu həbsxanasının payına düşür.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*