Bu gündən abituriyentlərin ixtisas seçiminə start verilib. “Abituriyent-4” jurnalının nəşrindən sonra qruplardakı ehtimal edilən son durumla bağlı dəyərləndirmələr aparılır.
Bəs hansı ixtisas qruplarında rəqabət daha ciddi olacaq?
KONKRET.az-ın xəbərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri abituriyentləri III qrup üzrə ixtisas seçimi zamanı diqqətli olmağa çağırıb.
Onun sözlərinə görə, bu il III ixtisas qrupunda blokdan 100 bal toplayanların sayı digər qruplara nisbətən daha çoxdur:
“Həmçinin 500, 600 bal toplayanların sayı da ötənilki göstəriciləri bir neçə dəfə qabaqlayır. Ona görə də 300, 400, 500, 600 baldan yüksək bal toplayan abituriyentlər diqqətli olmalıdır. Abituriyentlərdə qətiyyən arxayınlıq yaranmamalı, “istənilən yerə qəbul ola bilərəm” fikri yaxına buraxılmamalıdır. Bu qrupda rəqabət gərgin olacaq. Xüsusən də III qrupun TC alt qrupunda göstəricilər çox yüksəkdir. Yəni regionşünaslıq və beynəlxalq münasibətlər ixtisaslarını seçənlər diqqətli olmalıdır. Onlar ötənilki göstəricilərə aldanmamalıdır. Ən sakit qrup isə yenə II qrup olacaq. Bu qrupda diqqətli seçim ediəcəyi təqdirdə 90% abituriyent tələbə adını qazana bilər”.
Aygün Mirakif
KONKRET.az