Astroloqlar düşünürlər ki, bəzi bürclərin xarakterik xüsusiyyətləri onların başqa insanlarla ünsiyyətini çətinləşdirir. Onlarla ünsiyyət qurmaq və münasibəti qoruyub saxlamaq olduqca çətindir.
KONKRET.az xarici mediaya istinadən həmin bürcləri təqdim edir:
Oğlaqlar – onlar daim öz şəxsi ambisiyaları uğrunda savaşırlar. Buna görə də, sosial münasibətlərə az önəm verirlər. Onlarla ünsiyyət qurmaq çətindir. Oğlaqların bu xasiyyəti sizi bir müddət sonra sıxa bilər.
Balıqlar – ailə münasibətlərinə önəm versələr də, təklik onları daha çox xoşbəxt edir. Əgər onlarla bir sevgi münasibəti quracaqsınızsa, iki dəfə düşünün. Eqoist davranışları sizə sıxıcı gələ bilər.
Əqrəblər – onlar sadiq olsalar da, bəzən sahib olduqları eqoist və asosial xüsusiyyətlər şəxsi münasibətlərinə ziyan vurur. Onlarla anlaşmaq çətindir. Həyatınızda bir Əqrəb olacaqsa, diqqətli davranmalı olacaqsınız.