İran: ABŞ-a sərt cavab verəcəyikbackend

İran: ABŞ-a sərt cavab verəcəyik

İran İnqilab Keşikçiləri Ordusunun “Hatemül-Ənbiya” Mərkəzi Qərargahı ABŞ -a sərt xəbərdarlıq edib. 

KONKRET.az xəbər verir ki, qurum ABŞ-nin bölgədəki blokada və “quldurluq” fəaliyyətlərini davam etdirməsi halında sərt cavab veriləcəyini bildirib.

ABŞ–İran xəttində gərginlik davam edərkən, tərəflər arasında atəşkəs prosesi fonunda diplomatik təmaslar da diqqət çəkir. İranın xarici işlər naziri Abbas Əraqçinin bu gün Pakistana səfəri prosesdə mühüm addım kimi qiymətləndirilir.

Digər tərəfdən, ABŞ ordusunun Hörmüz boğazı ətrafında hərbi mövcudluğu və “blokada” fəaliyyətlərini davam etdirdiyi bildirilir.

İran tərəfi açıqlamasında ABŞ-a ciddi xəbərdarlıq edərək, “düşmənçilik addımlarının davam etməsi” halında cavabın qaçılmaz olacağını vurğulayıb.

Qeyd olunub ki, İran silahlı qüvvələri əvvəlki toqquşmalarda ABŞ-nin hərbi imkanlarını “təcrübədən keçirib” və hazırda daha güclü vəziyyətdədir.

Açıqlamada həmçinin Hürmüz boğazının strateji nəzarətinin davam etdirildiyi, bölgədəki bütün hərbi hərəkətlərin yaxından izlənildiyi bildirilib.

İran rəsmiləri ABŞ və İsrailin yeni hücumu halında “daha ağır zərbələrin endiriləcəyini” də qeyd ediblər.//sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*