Bu ölkədə dəhşətli partlayış törədildi – Ölənlər və yaralananlar varbackend

Bu ölkədə dəhşətli partlayış törədildi - Ölənlər və yaralananlar var

Kolumbiyanın cənub-qərbindəki Kauka departamentində terror aktı törədilib. 

KONKRET.az xəbər verir ki, Kajibio şəhərində şosedəki suötürücü boruya yerləşdirilmiş partlayıcı qurğu nəqliyyat vasitələrinin keçdiyi anda partladılıb.

Nəticədə 14 nəfər ölüb. Bunu regionun qubernatoru Oktavio Qusman bu barədə “X” sosial şəbəkəsində bildirib.

“Hazırda aralarında beş azyaşlı da olmaqla 14 nəfərin ölümü və 38 nəfərdən çox insanın yaralanması barədə məlumat veririk”, – o yazıb.

Qubernator hadisəni mülki şəxslərə qarşı hücum adlandırıb və partlayıcı qurğunun avtomobil yolunda böyük izdiham zamanı partladıldığını, humanitar fəlakətə səbəb olduğunu bildirib.

O, həmçinin regionda zorakılıqların kəskin şəkildə artdığını bildirərək, son saatlar El-Tambo, Kaloto, Popayan, Quaçene, Merkaderes və Miranda da daxil olmaqla bir neçə yaşayış məntəqəsində hücumların və toqquşmaların baş verdiyini qeyd edib.

Region rəhbəri Kolumbiyanın mərkəzi hakimiyyətini təcili tədbirlər görməyə və müdafiə nazirini təhlükəsizlik səylərini əlaqələndirmək üçün göndərməyə çağırıb. O.Qusman qeyd edib ki, səhiyyə sistemi imkanları sərhədində işləyir.

“Caracol Radio” nəşrinin məlumatına görə, 2016-cı il sülh müqaviləsini imzalamayan keçmiş FARC təşkilatının üzvləri ilə əlaqəli olan “Xayme Martines” qruplaşması hücumlara görə məsuliyyət daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*