Həmyerlisinə əxlaqsızlıq edən şəxsə hökm oxundubackend

Həmyerlisinə əxlaqsızlıq edən şəxsə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli hərəkətlərə məcbur etmədə və on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Qafur Bəhruzovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə Beyləqan rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Qafur Bəhruzov 2024-2026-cı illərdə həmyerlisi, aralarında yaş fərqi iki ildən çox olan 2011-ci il təvəllüdlü S.S.-ə qarşı seksual xarakterli hərəkətlərə məcbur edib, habelə seksual xarakterli digər hərəkətlər edib.

Hadisədən sonra təqsirləndirilən şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmə istintaqı zamanı Qafur Bəhruzov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*