“Starshield”in tətbiq etdiyi məhdudiyyətlər Ukrayna hərbçilərinin bütün əməliyyatlarının həyata keçirilməsinə mane olur.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, 3 gün ərzində məhdudiyyətlər 10%-dən 100%-ə qədər gücləndirilib.
“Dronların sürəti saatda 161 kilometri keçdikdə sistem avtomatik olaraq sönür. Kiyev hələlik ABŞ-dan bununla bağlı heç bir izahat almayıb”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, Ukrayna hərbçilərinin “Starshield” sistemində yenidən məhdudiyyətlərlə üzləşməsi barədə məlumat yayılıb.
