“Heyvanlar! İblislər!” – Solovyov Yekaterinburq sakinlərini yenidən TƏHQİR ETDİ – VİDEObackend

"Heyvanlar! İblislər!" - Solovyov Yekaterinburq sakinlərini yenidən TƏHQİR ETDİ - VİDEO

Solovyov Yekaterinburq sakinlərini yenidən təhqir edib.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı təbliğatçı, teleaparıcı Vladimir Solovyov öz canlı efirində deyib. O. Yekaterinburq və Sverdlovsk vilayətinin sakinlərini yenidən tənqid və təhqir edib.

Solovyov onları “pislik”, “cinlər”, “şeytanlar” və “satanistlər” adlandırıb. Solovyov, həmçinin Rusiya Silahlı Qüvvələrini “gözdən salmaqda” ittiham olunan Yekaterinburqun keçmiş meri Yevgeni Royzmanın təsirinə işarə edərək, şanlı şəhəri “royzmanizm”dən əl çəkməyə çağırıb. Aparıcı xatırladıb ki, o, artıq şəhər əhalisinə onların arasında “cinlərin gəzdiyini” demişdi.

Sizlərdən hansınız idiniz, əclaflar, orada məbədin olmasını istəmədiniz? İndi nə deyirsiniz, ey şeytandan törəyənlər? UMMC (Ural Mədən və Metallurgiya Şirkəti) və digər müəssisələrin oğlanlarının gözlərinə necə baxacaqsınız? Vətəni sədaqətlə müdafiə edən urallıların gözlərinə necə baxacaqsınız? Heyvanlar, iblislər! Məbədlərə ehtiyacınız yox idi? Şeytandan əmələ gələnlər!”, – deyə Solovyev bağırıb.

Bundan əlavə, aparıcı çıxışının ünvanlandığı şəxsləri, Yeltsin Mərkəzini “məbəd” adlandırıb.

O, şəhər və rayon sakinlərinə yeni iddiaların nə ilə bağlı olduğunu açıqlamayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*