Hindistan hakimiyyəti müsəlmanları zorlayanları və qatilləri AZADLIĞA BURAXDI – VİDEObackend

Hindistan hakimiyyəti müsəlmanları zorlayanları və qatilləri AZADLIĞA BURAXDI - VİDEO

Hindistan hakimiyyəti müsəlmanları zorlayanların və qatillərin azadlığa buraxılmasını təsdiqləyir.

KONKRET.az xəbər verir ki, bu barədə Gİ məlumat yayıb. Bildirilir ki, Hindistan Daxili İşlər Nazirliyinin təsdiq məktubu hüquq veb-saytı olan “The Leaflet” tərəfindən sosial mediaya yüklənib.

Xatırladaq ki, 2002-ci ildə Qucarat ştatında ölkə tarixində ən dəhşətli zorakılıq aktlarından biri baş verib. Dəhşətli hadisədə əksəriyyəti müsəlman olan 2000-ə yaxın insan öldürülüb.

Hindistanın Baş naziri Narendra Modinin hökuməti 2002-ci ildə Qucaratda məzhəblərarası iğtişaşlar zamanı müsəlman qadını qrup şəklində zorlamaqda və onun ailə üzvlərini öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş 11 kişinin avqust ayında azadlığa buraxılmasını təsdiqləyib.

Avqust ayında məhkumların azadlığa buraxılması və daha sonra radikal fəalların təbrikləri hiddətə səbəb olub.

Qeyd edək ki, 2002-ci ildə icmalararası toqquşmalar zamanı (Modi o zaman Qucaratın baş naziri idi) vəhşicəsinə zorakılığa məruz qalanda 40 yaşlarında olan Bilquis Bano beş aylıq hamilə idi.

Qucarat hökumətinin Ali Məhkəməyə təqdim etdiyi ifadəyə əsasən, ştat bəyan edib ki, məhkumları azad etmək qərarı onların həbsxanada 14 illik yaxşı davranışlarına əsaslanıb.

Ali Məhkəmə əyalət hökumətinə təcavüzkarların azadlığa buraxılmalarına qarşı verilən çoxsaylı vəsatətlərdən sonra onları sərbəst buraxıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*