Hindistanda güclü qasırğa – xeyli sayda ölən varbackend

Hindistanda güclü qasırğa - xeyli sayda ölən var

“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, həftənin əvvəlində Tamil Nadu ştatının sahillərinə çatan “Miçaunq” qasırğası Çennai şəhərində və onun ətrafında həyatı iflic edib.

Şiddətli leysan yağışları nəticəsində şəhərin bir neçə rayonu su altında qalıb.

Hazırda gücünü itirən siklon ərazini tərk etdikcə və şəhərləri basan suyun səviyyəsi aşağı endikcə həlak olanları cəsədləri üzə çıxır. Bu səbəbdən təbii fəlakət nəticəsində ölənlərin sayı barədə məlumatlar daim yenilənir.

Çennai polisi insabların əksəriyyətinin suda boğularaq və elektrik xətlərinin aşması nəticəsində cərəyan vurması nəticəsində öldüyünü bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*