Onun toyunda Mark Zukerberq, Bill Qeyts və Hillari Klinton iştirak edəcəkbackend

Onun toyunda Mark Zukerberq, Bill Qeyts və Hillari Klinton iştirak edəcək

Hindistanın ən zəngin adamı olan Mukeş Ambaninin 28 yaşlı oğlu Anantın toyunda Bollivud ulduzları ilə yanaşı Mark Zukerberq, Bill Qeyts və Hillari Klinton iştirak edəcək. Toyda səhnəyə Rihanna və hindistanlı Diljit Dosanjh çıxacaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Butan kral ailəsinin də qatılacağı toya hazırlıq üçün qonaqlara 9 səhifəlik dress-kod siyahısı paylanılıb. 3 günlük möhtəşəm toyda qonaqlar üçün xüsusi bərbərlər və vizajistlər də olacaq.

Kokteyllə başlayacaq toy ikinci gün bəy Anant Ambaninin idarə etdiyi heyvanları mühafizə mərkəzində davam edəcək. Qonaqlar toyda fillər və vəhşi heyvanlarla dolu ərazini gəzə biləcəklər.

Möhtəşəm toyun son günündə isə qonaqlar məclisə hind geyimlərində gələcəklər.

Xatırladaq ki, 2018-ci ildə Ambaninin bacısı İşanın toyu 100 milyon dollara başa gəlib və Beyons səhnəyə çıxıb.

ABŞ-da Braun Universitetini bitirmiş Anant dünyanın ən böyük zooparkını yaratmaq planı ilə tanınır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*