Danimarkanın Baş naziri Mette Frederiksen iyunun 7-də axşam saatlarında Kopenhagendə məruz qaldığı hücum zamanı boynundan yüngül zərbə alıb.
KONKRET.az xəbər verir ki, insidentlə əlaqədar Frederiksen planlaşdırılan bir neçə tədbiri ləğv etmək məcburiyyətində qalıb.
Hücum edən şəxs saxlanılıb, lakin insidentin motivi barədə heç nə məlum deyil. Məlumata görə, 39 yaşlı kişinin hadisə ilə bağlı şənbə günü günortadan sonra Frederiksburq Məhkəməsində keçiriləcək məhkəmə iclasına gətirilməsi planlaşdırılır.