Heyvan və xüsusilə də ilan həvəskarı Brayan Barçik dünyaya iki başlı ilanın necə yemək yediyini nümayiş etdirib
KONKRET.az xəbər verir ki, o, öz sosial şəbəkə hesabında Ben və Cerri adlı ikibaşlı ilanın eyni anda iki siçanı necə udduğuna dair foto və videolar yükləyi.
Barçik deyir ki, adətən mutantlar tez ölür. Amma Brayan ümid edir ki, heyrətamiz əkizlər Ben və Cerri 20-25 il yaşayacaq və o, bənzərsiz fotoları ilə dünyanı sevindirməyə davam edəcək.

Rəsmiyyə Şərifova,
KONKRET.az
