İmran Xan dövlətə xəyanətə görə 10 il müddətinə həbs olunacaqbackend

İmran Xan dövlətə xəyanətə görə 10 il müddətinə həbs olunacaq

İmran Xan dövlətə xəyanətə görə 10 il həbs olunacağını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Xan öz Twitter hesabında yazıb.

Pakistan hakimiyyəti keçmiş baş nazir İmran Xanı vətənə xəyanət ittihamı ilə 10 il müddətinə həbs etməyi planlaşdırır.

“İndi plan Buşra Begumu (Xanın həyat yoldaşı – red.) həbsxanaya salmaqla məni alçaltmaq və hansısa fitnə qanunundan istifadə edərək on il həbsə göndərməkdir”, – deyə Xan qeyd edib.

Xatırladaq ki, mayın 11-də Ali Məhkəmə İmran Xanın həbsini qanunsuz hesab edib. İslamabadın Ali Məhkəməsi isə siyasətçini girov müqabilində azadlığa buraxıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*