İqlim fəalları bu dəfə də Almaniyanın Potsdam muzeyində Klod Monenin əsərinə hücum edib, tablonun üzərinə kartof püresi atıblar.
KONKRET.az xəbər verir ki, bu barədə “Guardian” məlumat yayıb.
Etirazçılar bu hücumu iqlim fəlakəti qarşısında həyəcan siqnalı kimi etdiklərini bildiriblər:
“İnsanlar aclıqdan ölür, insanlar donur, insanlar fəlakətə doğru gedir, elm bizə deyir ki, 2050-ci ildə ailəmizi dolandıra bilməyəcəyik”.
Muzeyin sözçüsü tablonun şüşə ilə qorunduğunu və əsərin zədə görmədiyini bildirib.
