İran hakimiyyəti diplomatik kanallar vasitəsilə ABŞ-ı məlumatlandırıb ki, onlar İsrail və HƏMAS hərəkatı arasında müharibənin miqyasının genişlənməsini istəmirlər.
KONKRET.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.
“ABŞ-a cavab olaraq dedik ki, İran müharibənin yayılmasını istəmir, ancaq ABŞ və İsrailin bölgədə tutduğu yanaşma Qəzza və İordan çayının qərb sahili xalqlarına qarşı cinayətin miqyasını artırıb. Bu isə daha geniş münaqişəni qaçılmaz edir”, – deyə o, Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Abdullahianın sözlərinə görə, “Son 40 gün ərzində İran və ABŞ Tehrandakı İsveçrə səfirliyinin Amerika bölməsi vasitəsilə mesaj mübadiləsi aparıblar”.
Nazir Tehran və Vaşinqton arasında birbaşa danışıqların mümkünlüyünü istisna edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az