İran “Nur-3” peykini uğurla orbitə çıxardıbackend

İran “Nur-3” peykini uğurla orbitə çıxardı

İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri “Nur-3” peykini uğurla orbitə çıxarıb.

KONKRET.az xəbər verir ki, bu barədə İranın İnformasiya və Rabitə Texnologiyaları (İKT) naziri Eisa Zarepour bildirib.

Nazir qeyd edib ki, İran İnqilabı Keşikçiləri Korpusu  “Nur-3” təsvir peykini 450 km yüksəklikdə orbitə çıxarıb.

İranın ilk hərbi peyki “Nur-1” 2020-ci ilin aprelində uğurla orbitə buraxılıb.

“Nur-2”peyki isə 2020-ci ilin mart ayında 6,7 ​​km/s sürətlə 500 km yüksəkliyə 480 saniyəyə orbitə çıxarılıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*