İranın uranı 60% saflığa qədər zənginləşdirməsi Avropa tərəflərinin 2015-ci il nüvə sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməməsinə cavab idi.
KONKRET.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi CNN telekanalına müsahibəsində bildirib.
“Başlanğıcda biz 60% zənginləşdirmə səviyyəsini planlaşdırmırdıq. Avropa dövlətləri öz öhdəliklərini pozdular”, – Rəisi deyib.
Rəisi ölkədə uranın silah səviyyəsinə qədər zənginləşdirilməsi ideyasını qəti şəkildə rədd edib.
“Rəsmi olaraq bildirildi ki, bizim həyata keçirmək niyyətində olduğumuz hərəkətlər heç bir növ nüvə silahı əldə etmək məqsədi daşımır”, – prezident qeyd edib.
O, həmçinin Tehranın İranın nüvə bombası əldə etmək planının olmadığına dair çoxdankı mövqeyini bir daha təkrarlayıb.
Ariz Həsənoğlu,
KONKRET.az
