İranda “Çərşənbə-suri” hazırlıqları zamanı 15 nəfər ÖLDÜbackend

İranda “Çərşənbə-suri” hazırlıqları zamanı 15 nəfər ÖLDÜ

İranda keçiriləcək “Çərşənbə-suri” mərasimlərinə hazırlıq zamanı 15 nəfər həyatını itirib, 6-sı ağır olmaqla 353 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

İranın Təcili Yardım Mərkəzinin rəhbəri Cəfər Miadfar bildirib ki, ayın əvvəlindən Təbriz, Tehran, Həmədan, Urmiya və Qəzvin şəhərlərində mərasimlərə hazırlıqlar zamanı baş verən qəzalarda 15 nəfər ölüb.

İran rəsmisi ən çox insan itkisinin paytaxt Tehranda qeydə alındığını bildirib.

Qeyd edək ki, İranda Novruzun sonuncu çərşənbəsi – ilaxır çərşənbəsində keçirilən şənliklər hər il onlarla insanın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*