İranı dayandırmaq üçün Rusiya ilə işləməliyik – Senatorbackend

İranı dayandırmaq üçün Rusiya ilə işləməliyik - Senator

İranın nüvə proqramı probleminə görə ABŞ Rusiya və Çinlə birgə işləməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu sözləri amerikalı senator, ABŞ-ın BMT-də daimi nümayəndəliyinə namizəd Linda Tomas Qrinfild deyib.

“Biz İranın nüvə silahına sahib olmaması üçün bütün tədbirləri görəcəyik. Bu yöndə biz dostlarımızla, müttəfiqlərimizlə çalışacağıq. Eyni zamanda İranı məsuliyyətə cəlb etmək üçün BMT TŞ-nin digər üzvləri ilə də əməkdaşlığımız vacibdir. BMT nümayəndəliyinə namizədliyim təsdiqlənərsə, Rusiya və Çinlə də ümumi mövqe tapmağa çalışacağam”, – deyə diplomat bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*