İranın təhlükəsizlik qüvvələri Naqar Bəxtiyarini oğurladıbackend

İranın təhlükəsizlik qüvvələri Naqar Bəxtiyarini oğurladı

Naqar Bəxtiyari İran Təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə xəbəri onun bacısı Yasna Bəxtiyari özünün İnstaqram hesabında paylaşıb.

“Həbs edildikdən sonra onun haqqında heç bir məlumat almamışıq. Əgər bacımın başına bir şey gəlsə, hökumət və təhlükəsizlik qüvvələri məsuliyyət daşıyacaq”, – deyə o yazıb.

Qeyd edək ki, Yasna və Naqar Bəxtiyarilər həbs edilən və daha sonra edam cəzasına məhkum edilən Mücahid Qurukutun bacısıdır. İran təhlükəsizlik qüvvələrinin evdə axtarış apararkən ailə üzvlərinə qarşı zorakılıq tətbiq etdiyi və Nagar Bəxtiyarinin bəzi şəxsi əşyalarını və mobil telefonunu müsadirə etdiyi bildirilir.

İran rejiminə qarşı etirazlar zamanı öldürülən Cavad Heydərinin bacısı Fatime Heydəri öz Twitter səhifəsində İran təhlükəsizlik qüvvələrinin Mücahidin ailəsinin evinə basqın etdiyini təsdiqləyib. “Ailəsinin evi indiyədək bir neçə dəfə qarət edilib. Ötən gecə İranın təhlükəsizlik qüvvələri onun ailəsinin evinə yenidən basqın edib. O vaxtdan bəri Naqar haqqında heç bir məlumat almamışıq və ondan çox narahatıq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*