İraqdakı türkmənlər yeni hökumətdə təmsil OLUNMAYACAQbackend

İraqdakı türkmənlər yeni hökumətdə təmsil OLUNMAYACAQ

Paytaxt Bağdadda İraq Türkmən Cəbhəsi (İTC) binasında bir araya gələn türkmən liderləri mətbuat konfransı keçirib.

KONKRET.azAnadoluya istinadən xəbər verir ki, konfransda İTC-nin sədri Həsən Turan İraqda qurulacaq yeni hökumətdə türkmənlərə nazirlik verilməyəcəyini açıqlayıb:

“Terrorla mübarizədə iştirak edən və İraqın birliyi uğrunda mübarizə aparan türkmənlərə yeni kabinetdə nazirlik verilməməsini heyrətlə izləyirik”.

O, siyasi partiyalardan yeni kabinetdə türkmənlərin diqqətdən kənarda qaldığını, bu qərarın yenidən qiymətləndirilməsini istəyib.

Turan həmçinin BMT-nin İraqdakı missiyasına çağırış edib və türkmənlərin yeni hökumətdə təmsil olunması üçün siyasi partiyalara təzyiq göstərməli olduğunu bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*