“İrəvan və Bakı hərtərəfli sülh sazişi imzalaya bilməz” – Akopyanbackend

"İrəvan və Bakı hərtərəfli sülh sazişi imzalaya bilməz" - Akopyan

“İrəvan və Bakı çərçivə sazişi və ya yol xəritəsi imzalaya bilər, amma hərtərəfli sülh sazişi imzalaya bilməz”.

KONKRET.az xəbər verir ki, bunu erməni siyasi strateq Vigen Akopyan erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, hazırda tamhüquqlu sülhün əldə olunmasından söhbət gedə bilməz, əgər tərəflər razılaşarsa, o zaman sənəd mərhələli olacaq,

“İndiki şəraitdə hər hansı bir sənədin imzalanması Ermənistan və Qarabağ üçün sərfəli deyil. Heç bir saziş ölkələr arasında sülhə zəmanət vermir.

Qarabağın mövqeyi hazırda son dərəcə vacibdir. Əgər əhali müqavimət göstərmək qərarına gəlsə, dünyanın güc mərkəzləri bununla hesablaşmaq məcburiyyətində qalacaq”, –  Akopyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*