“Vəziyyət sabitləşəndən sonra Azərbaycan və Ermənistan səlahiyyətliləri arasında görüş keçiriləcək”.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyada səfərdə olan Ermənistanın XİN rəhbəri Ara Ayvazyan bildirib.
Onun sözlərinə görə, görüş zamanı Qarabağda vəziyyətin tənzimlənməsi ilə bağlı məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, bu gün Moskvada Rusiya və Ermənistan Xarici İşlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında danışıqlar başlayıb.