İspan xilasedicilər itkin belarusu helikopterlə axtarıblar və… fahişəxanada tapııblarbackend

İspan xilasedicilər itkin belarusu helikopterlə axtarıblar və... fahişəxanada tapııblar

İspaniyanın fövqəladə halla üzrə xidməti itkin düşdüyü bildirilən Belarus vətəndaşını helikopter cəlb etməklə, gərgin şəkildə axtarıblar və sonda onu bordeldə taıblar.

Konkret.az xəbər verir ki, bu barədə Cronica Global qəzeti yazıb.

Hadisə iyulun 13-də Kataloniyada baş verib. Belarus vətəndaşı olan kişi dostları ilə birlikdə çimərliyə gedib, suya girib və bundan sonra onu heç kəs görməyib. Həmin günün axşamı belarusun dostları hökumət orqanlarına onun itkin düşdüyü barədə məlumat veriblər. Turistin axtarışına xilasedicilər, yanğınsöndürənlər, yerli polis qüvvələri cəlb edilib. Əməliyyata mülki qvardiyanın helikopterləri də qatılıb. Onlar turistin dənizdə batdığını güman edərək yaxın ərazilərdə onun su üzünə çıxası meyidini axtarıblar.

Bir neçə saatdan sonra aydın olub ki, kişi Paradise (“Cənnət”) bordelindədir. Bu, Kataloniyanın La-Junkera bələdiyyəsində, turistin çimərliyə getdiyi yerdən avtomobillə bir saatlıq məsafədə yerləşən iri istirahət mərkəzidir. İtkin şəxs dostları ilə görüşüb və axşamını şən keçirib, amma İspaniyanın hökumət qüvvələrinin əhlikef turist üçün keçirilən xilasetmə əməliyyatına sərf etdiyi vəsaitin kim tərəfindən ödəniləcəyi məsələsi açıq qalır.

Qeyd olunur ki, bunda əvvəl, bu ilin mart ayında Bristol körfəzindəki adada üç rusiyalı dənizçinin çarəsiz qaldığı barədə məlumat yayılıb. Onlar axşam tərəfi öz gəmilərini tərk edib, adadakı bara yeyib-içməyə gediblər, qayıdnbaş isə yolu itirib, azıblar. O zaman ispan xilasedicilər səhərə yaxın azmış turistləri tapa biilmişdilər.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*