İspaniyanın Valensiya şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 92 nəfərə çatıb, ölkənin digər iki bölgəsində də 3 nəfərin öldüyü bildirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Regional Fövqəladə Hallar Xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Departament bildirib ki, bu, ölkə tarixində ən böyük təbii fəlakətlərdən biridir.
Qeyd olunur ki, krallığın şərqində dəmir yolu əlaqəsi hələ də pozulur, onlarla marşrut bağlanıb. Xilasetmə işləri davam edir, prosesə yüzlərlə hərbçi cəlb edilib.
İspaniyanın cənub-şərqində güclü yağışlarla müşayiət olunan fırtına və onların səbəb olduğu daşqınlar nəticəsində azı 72 nəfər dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, təbii fəlakət səbəbindən dəmir yolu əlaqəsi kəsilib, onlarla aviareys təxirə salınıb. Əlverişsiz hava şəraiti ən çox Valensiya Muxtar İcmasının infrastrukturuna ziyan vurub.
Xilasetmə işləri davam edir, prosesə yüzlərlə hərbçi də cəlb olunub.//Report