“İsrail və Səudiyyə Ərəbistanı sülhə yaxındır” – KİVbackend

“İsrail və Səudiyyə Ərəbistanı sülhə yaxındır” - KİV

“Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq qərarına gəlib, lakin hələ də bunun üçün doğru zamanı nəzərdən keçirir”.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri yazır.

Sülhlə bağlı müzakirələrin yaxın həftələrdə və ya noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra baş tutması planlaşdırılır.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton və Ər-Riyadın Səudiyyə-İsrail münasibətlərinin normallaşdırılması istiqamətində gördüyü işlər başa çatmaq üzrədir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*