İsrailin Baş naziri: “Biz yaxın gələcəkdə Avropanın əsas qaz tədarükçüsü olacağıq”backend

İsrailin Baş naziri: “Biz yaxın gələcəkdə Avropanın əsas qaz tədarükçüsü olacağıq”

“İsrail yaxın gələcəkdə Avropanın əsas qaz tədarükçüsü olacaq”.

KONKRET.azYeni Şafak” nəşrinə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid deyib.

O, Livan ilə dəniz sərhədi haqqında imzalanan sazişi tarixi razılaşma adlandırıb və ölkəsinin yaxın gələcəkdə Avropanın ən mühüm qaz təchizatçısı olacağını bəyan edib.

Qeyd edək ki, Lapid bazar ertəsi Tel-Əvivdə niderlandlı həmkarı Mark Rütte ilə görüşüb.

Görüş zamanı iki baş nazir iqlim və süni intellekt daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli münasibətlərin yaxşılaşdırılması yollarını, həmçinin İsrail və Avropa arasında enerji əməkdaşlığını müzakirə ediblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*