İsrailin İranı vura bilməsi üçün əsas strateji mövqeləri İraq və Azərbaycandır – ƏTRAFLIbackend

İsrailin İranı vura bilməsi üçün əsas strateji mövqeləri İraq və Azərbaycandır - ƏTRAFLI

Elman Vəliyev, siyasi şərhçi

İsrail-İran konflikti dini və təhlükəsizlik təhdidini özündə birləşdirən konfliktdir. İranın İsraili vuran əsas qolu Hizbullahdır. Hizbullah 2006-cı ildə İsrail tərəfi ilə bir savaşda qarşı tərəfə çox ağır itkilər verməyi bacara bilmişdi. İsrailin İranı vura bilməsi üçün əsas strateji mövqeləri İraq və Azərbaycandır.

İranın bölgədə genişlənmə siyasəti İsrail və Amerika üçün bir təhdiddir. İranın əsas genişlənməsi Körfəz istiqamətindədir. Həmçinin Orta Şərqdə də böyük irəliləyişi var. MOİS və SEPAH-a bağlı fərqli bölgədə onlarla silahlı örgütlər vardır. Amerika dedikdə mason lojalarının və ingilis ailələrinin istifadə etdiyi dövlət nəzərdə tutmalıyıq. İran islamı fərqli donda istifadə edir. Fərqli don dedikdə? Radikallıq, bidətlik, siyasi maraqlar və s.

Azərbaycan-İraq konflikti xarici təhrikçilərin maraqlarının icrası üçün istifadə edilən, sonra da ərazi konfliktinə çevrilən bir münaqişədir. Azərbaycanın əsas maraqlarından biri İranın petrol və qazının nəqlini artırmamasıdır. Tehran petrolda 4-cü, qazda 2-cı sıradadır. Avropanın enerji aclığının çox hissəsini ödəməyə qadirdir. Azərbaycan istəməz ki, özünə rəqib olsun. Necə ki Səudiyyə istəmir ki, Venesuela petrolunun embarqoları aradan qalxsın.  Ərazi konfliktinə sonradan keçid edildi. Azərbaycan tərəfinin belə iddiası yox idi. İran tərəfi təxribata əl atdıqdan, Azərbaycanın bəzi bölgələrini İran ərazisi kimi nümayiş etdirdikdən sonra rəsmi Bakı haqlı şəkildə adekvat cavab verdi və beləliklə, ərazi konflikti başladı.

Azərbaycanın əsas maraqlarından biri də Zəngəzur yoludur. Bu yolu öz nəzarətinə götürə bilsə, İranın Avropa ilə quru qolunu sındırmış olacaq. İran buna görə Ermənistana hər cür dəstəyini əsirgəmir.

Ola biləcək Azərbaycan-İran müharibəsi. Bu, sadəcə bir ssenaridir.

İran ilk öncə Naxçıvan istiqamətində irəliləyə və bölgəni nəzarətə götürməyə çalışar. Ancaq Naxçıvanın statusuna, əsasən qarant tərəf Türkiyədir. Bu, birbaşa Türkiyənin müharibəyə daxil olması deməkdir. İkinci yaxud da üçüncü istiqamət Xəzər donanmasından istifadə etməyidir. Azərbaycanın buradakı üstünlüyü HHM-lər və sahilyanı donanmaları məhv edəcək artilleriyadır. Həmçinin sualtı silahlar. Desəniz, Azərbaycan dəniz müharibəsində necə performans göstərər? Azərbaycan tərəfi dəniz müharibəsi etməyib. Ona görə bu sahədə təcrübəsi yoxdur. Bu işi Türkiyə və İsrail tərəfinə həvalə edər deyə düşünürəm. Quru savaşlar cəbhəyanı ərazilərdə, yəni Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Cəlilabad, Biləsuvar, Yardımlı və Lənkəranda gedər. Quru müharibəsində Azərbaycan Ordusunun təcrübəsi daha böyükdür. İran tərəfi İraq-İran müharibəsindən bəri irihəcimli müharibədə iştirak etməyib. Azərbaycan qüvvələri isə İkinci Qarabağ müharibəsində daha bir təcrübəyə şahid oldu.

İran tərəfi, mütləq uzaq və yaxın mənzilli raketlərdən istifadə edər. Mingəçevir SES-i sıradan çıxartmağa çalışar. Azərbaycanı bu hücumlardan İsrailin HHM-ləri qoruyacaq. “Dəmir qübbə” çox işəyarar bir müdafiə sistemidir. İranı isə Rusiyadan almağa çalışdığı S-400-lər. İran yaxşı bilir ki, hava hücumu olacaq. Ona görə bu müdafiə sistemini istəyir. Ancaq ən yaxşı müdafiə sistemi İsrailə məxsusdur. İsrail isə İrana Şimali İraq istiqamətində hücümlar təşkil edər.

Səudiyyə tərəfi İranla müharibəyə girmək istəməz. Ona görə Çinin mediatorluğu ilə iki tərəf arasında konstruktiv görüş oldu. Azərbaycan tərəfi irəliləyiş əldə edə bilsə, Xoy, Mərənd, Ərdəbil, Təbriz istiqamətində mövqeləri möhkəmləndirər. Ancaq bu bölgəyə raket hücumları etməz, təbii ki. Çünki buradakılar öz soydaşlarıdır. Həmçinin bu soydaşların rolu da böyük olar. Necə? 30 milyon soydaş qalanı daxildən sarsıtmağa qadir ola bilər! İrana dəstək Fransa və Ermənistandan gələr. Çox dövlət gözləmə mövqeyini seçər! Ermənistan tərəfi bunu, mütləq, bir fürsət kimi dəyərləndirər. Revanş etmək üçün hər han əks həmləyə hazırdır. Sadəcə məqam gözləyir.

Azərbaycan tərəfinin önəmli gedişatı HHM-lərin çoxluğunda və İsrailin müasir silahlarından məharətlə istifadə edə bilməsində olar. Rəsmi Bakı öncə Xankəndidəki silahlı qruplaşmaları passivləşdirməlidir!

Əgər İsrail, həqiqətən, Azərbaycana dəstək olarsa, İranı qoy bir yana Rusiya belə bizi çətin məğlub edər, bəlkə də edə bilməz!

İsrail-İran konflikti.

Böyük İsrail üçün maneələrdən biri də şiə kəsimidir. Sünni kəsimini müti etmək şiəyə nisbətən daha asandır. Şiələrin “Kərbəla” hadisəsi onları cəng etmək üçün sövq edən bir bayraqdır. Əgər bir sünni bir şiə yanaşı dayanar və sən İslamı, xüsusilə Əhli-Beyti tənqid edərsənsə, ifrat reaksiyanı şiə göstərəcək. İudazim (yəhudilərin dini inancı) İslamı və digər dinləri (ortodoks xristianları ilə üst-üstə düşən məqamları da var) özünə problem kimi dəyərləndirir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*