İstanbulun Küçükçekmece rayonunda binada partlayış olub.
KONKRET. az yerli mediaya istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat verib.
Məlumata görə, partlayış dördmərtəbəli binanın zirzəmisində baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb, yaralılardan 2-sinin vəziyyəti ağırdır.
Partlayışa təbii qazın səbəb olduğu qeyd olunub. Hadisə yerinə yanğınsöndürmə və tibbi yardım heyəti cəlb olunub.