İsveç arxeoloqları 17-ci əsrə aid döyüş gəmisi aşkarladı – FOTObackend

İsveç arxeoloqları 17-ci əsrə aid döyüş gəmisi aşkarladı - FOTO

İsveç arxeoloqları ilk səfərində batan 17-ci əsrə aid hərbi gəmi aşkar ediblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 1629-cu ildə batan “Applet” gəmisi 69 metrlik məşhur “Vasa” ilə eyni istehsalçı tərəfindən inşa edilib.

Məlumata görə, gəmi paytaxt Stokholmdan bir qədər kənarda, Vaxholm adasında batıb.

Gəmi 2021-ci ilin dekabrında aşkar edilib. Daha əhatəli araşdırma isə 2022-ci ilin yazında aparılıb.

Bildirilib ki, texniki detallar, ölçülər və ağac nümunələri gəminin həqiqətən “Applet” olduğunu təsdiqləyir.

Qeyd edək ki, 2019-cu ildə eyni ərazidə daha iki döyüş gəmisi, “Apollon” və “Maria” aşkar edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*