Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük məsələsi ilə bağlı protokolun müzakirəsi və səsverməsi üçün dəqiq qrafik hazırlamayıb.
KONKRET.az xəbər verir ki, bu barədə TASS-a protokolun qiymətləndirilməsində iştirak edən qanunverici orqandakı mənbə məlumat verib.
Məlumata görə, prezidentin imzaladığı protokol qiymətləndirilmək üçün iki komissiyaya – milli müdafiə və beynəlxalq məsələlər üzrə komissiyaya təqdim edilib. Əsas işi beynəlxalq məsələlər üzrə komissiya həyata keçirəcək.
Bildirilir ki, sənədin parlamentin müzakirəsinə nə vaxt çıxarılacağı ilə bağlı hələlik heç bir tarix yoxdur.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu oktyabrın 23-də imzalayaraq parlamentə təqdim edib.
Ariz Həsənoğlu,
KONKRET.az
