İtaliyada muzeydən 19-cu əsrə aid portret oğurlandıbackend

İtaliyada muzeydən 19-cu əsrə aid portret oğurlandı

Antik əşyaların sərgisinə ev sahibliyi edən Milanın Permanente Muzeyinin əməkdaşları italiyalı alim Alessandro Voltanın portretinin itdiyini aşkarlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “ComoZero” xəbər portalı məlumat yayıb.

1840-cı ildə rəssam Qabriele Rottini tərəfindən çəkilmiş tablo mütəxəssislər tərəfindən 20 min avro dəyərində qiymətləndirilir.

Alessandro Volta (1745-1827) – italiyalı fizik və kimyaçısı, elektrik nəzəriyyəsinin banilərindən biridir. Elektrik gərginliyinin vahidi volt (V) məhz onun adını daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*