Juninyo “Bayer 04”ə qarşı meydana çıxa biləcək? – “Qarabağ”dan AÇIQLAMAbackend

Juninyo “Bayer 04”ə qarşı meydana çıxa biləcək? - “Qarabağdan AÇIQLAMA

“Qarabağ”ın hücumçusu Juninyonun UEFA Avropa Liqasının 1/8 mərhələsinin cavab oyunları çərçivəsində Leverkuzendə “Bayer 04”ə qarşı matçda meydana çıxma şansları dəyərləndirilib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev Oxu.az-a açıqlama verib.

“Juninyonun oyuna çıxıb-çıxmayacağı barədə hazırda dəqiq bir məlumat yoxdur. Tam dəqiq qərar oyun günü baş tutacaq məşqdən sonra bilinəcək”, – A.Hacıyev bildirib.

Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 mərhələsində Bakıda baş tutan “Qarabağ” – “Bayer 04” matçının ilk yarısı “Qarabağ”ın 2:0 hesablı üstünlüyü ilə bitsə də, ikinci yarıda rəqib komanda hesabı bərabərləşdirməyi bacarıb. Qarşılaşmanın 82-ci dəqiqəsində Juninyo zədələnib və Nəriman Axundzadə ilə əvəzlənib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*