Avropada bu mövsüm ən çox qol vuran braziliyalı futbolçular açıqlanıb.
KONKRET.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Olavio Juninyo da bu siyahıda yer alıb.
27 yaşlı futbolçu vurduğu 15 məhsuldar qolla 3-cü yerdədir.
Forvard yalnız “Brügge”dəki İqor Tiaqo və sabiq “Neftçi”li Mateus Saldanyadan geridədir.