Kadırovun oğluna daha bir mükafat verildibackend

Kadırovun oğluna daha bir mükafat verildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam daha bir dövlət mükafatı – “Kabardin-Balkar Respublikasına xidmətlərinə görə” ordeni ilə təltif olunub.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, medalı Adama regionun rəhbəri Kazbek Kokov təqdim edib.

15 yaşlı Adam millətlərarası və dinlərarası sülh və harmoniyanın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə mükafatlandırılıb.

Kadırov əlavə edib ki, “əməlləri və hərəkətləri ilə hər şeydə babasına bənzəməyə çalışan” oğlu belə bir qiymətləndirməni “avans kimi” qəbul edir.

Bu, Quranı yandırmaqda ittiham olunan Nikita Juravelin döyülməsi hadisəsindən sonra Adamın 5-ci mükafatıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*