“Supertoys” MMC-nin dövlətə olan borcu 2.5 milyon manata yaxınlaşır.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, şirkətin hazırda 2 454 866 AZN vergi borcu var.
Nizamnamə kapitalı 10 AZN, qeydiyyat ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzi, şirniyyat 1-ci sıra, “Saat” dairəsinin qarşısı, mağaza 1 olan MMC-nin qanuni təmsilçisi Xəqani Vədud oğlu Cəfərovdur.
