Prezident: “907-ci düzəliş” ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdübackend

Prezident: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü

“907-ci düzəliş” ABŞ Konqresi tərəfindən ədalətsiz bir addım idi, bu ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü.

KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Prezident bildirib ki, Bayden də (eks ABŞ prezidenti -red.) məhz onlardan biri olub, buna görə də Azərbaycan Bayden Administrasiyası zamanı çətinliklərlə üzləşib:

“Bu səbəbdən Azərbaycan ABŞ-nin maliyyə yardımından məhrum edilmişdi. Təəssürat belə yaradılmışdı ki, Azərbaycan Ermənistana qarşı blokada yaradırdı, bu isə həqiqətə uyğun deyildi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*