Kamala Harris də ermənipərəst ÇIXDIbackend

Kamala Harris də ermənipərəst ÇIXDI

Prezidentliyə namizəd, ABŞ-nin vitse-prezidenti Kamala Harris Ermənistanı sentyabrın 21-də qeyd olunan Müstəqillik Günü münasibətilə təbrik edib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

“Erməni xalqının Sovet İttifaqından ayrılaraq azad, müstəqil ölkə olmaq üçün səs verdiyi günü qeyd edən Ermənistana Müstəqillik Günü ilə bağlı ən xoş arzularımı göndərirəm.

Mən Ermənistanın qonşuları ilə davamlı sülhə sadiq qalıram. Ölkələrimiz arasında əlaqələri dərinləşdirməyə, ortaq dəyərlərimizi və istəklərimizi yüksəldən tərəfdaşlığı gücləndirməyə sadiqəm. Biz birlikdə daha təhlükəsiz, daha ədalətli və daha azad dünya qura bilərik”, – deyən Harris bildirib.

O, regionda sabitliyi təşviq etmək üçün Ermənistanı dəstəkləməyə davam edəcəyini qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*