ABŞ-ın vitse-prezidenti Kamala Harris mətbuat konfransına sərxoş halda gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.
ABŞ-ın vitse-prezidenti Kamala Harris Ağ Evdə keçirilən son mətbuat konfransından sonra böyük qalmaqalın mərkəzində düşüb. Jurnalistlər onun ictimai yerdə sərxoş görünməsindən şübhələniblər.
Bəzi Amerika KİV-lərinin məlumatına görə, siyasətçinin çıxışı son dərəcə tutarsız və məntiqsiz olub. Bir məqamda vitse-prezident fəlsəfi mülahizələrinə gülüş və xatirələrini qatıb.
“Çətin günlər olanda anam həmişə bizə deyirdi: “Gənclər, bilmirəm sizə nə olub! Elə bilirsiniz ki, indicə kokos ağacından yıxılmısınız? Yaşadığınız yerin kontekstindəsiniz. Sizə qədər və sizdən əvvəl nə olub, xəbəriniz var?”, – Harris deyib.
Konfransda iştirak edən mətbuat nümayəndələri nəyin baş verdiyini və səhv olduğunu dərhal hiss ediblər. Onlar siyasətçinin sərxoş olduğunu etiraf ediblər.
Xuraman Etibarlı,
KONKRET.az
