Karantin qaydalarını pozan şadlıq saraylarının sahibləri CƏZALANDIRILDIbackend

Karantin qaydalarını pozan şadlıq saraylarının sahibləri CƏZALANDIRILDI

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “Samir” və “Qardaşlar” şadlıq saraylarında təşkil olunan toy məclislərinin karantin qaydalarının pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, adı çəkilən sarayların sahibləri toy mərasimlərində normadan artıq qonağın iştirak etməsinə şərait yaradıblar.

Yol verilən qayda pozuntusu ilə bağlı hər iki obyektin sahibi 4000 manat məbləğində cərimə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*