Kartdan oğurlanan pulu geri qaytarmaq olar – AÇIQLAMAbackend

Kartdan oğurlanan pulu geri qaytarmaq olar - AÇIQLAMA

Kart vasitəsi ilə ödənişlərin geniş yayılması fırıldaqçıların artmasına gətirib çıxarıb. Artıq çox insan bank kartlarında pul saxlanılmasını təhlükəli hesab edirlər. Bu cür hallarla qarşılaşmağın səbəbi ehtiyatsızlıq və etimaddan sui-istifadə etməkdir.

Belə hallarla rastlaşmamaq üçün nə etmək lazımdır? 

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı banklar üzrə ekspert Emin Kərimov açıqlama verib:

“Əgər kartımızdan hər hansı vəsait oğurlansa, dərhal polisə müraciət etmək lazımdır. Eyni zamanda xidmət aldığımız banka bildirib kartımızı bloklamalıyıq. Karta pulun qaytarılması artıq hüquq müstəvisində həyata keçirilir. İlk növbədə bu dələduzluq edən şəxs aşkarlanır, onların vəsaiti hansı hesablara köçürməsi bank tərəfindən müəyyənləşdirilir. Qanuna uyğun dərəcədə pul geri qaytarılır”.

Bəs bu kiber hücumlar xaricdən baş versə necə?

“Əgər kibercinyəti törədən şəxs xaricdə yaşayırsa, bu zaman beynəlxalq maliyyə tənzimləmələri vasitəsi ilə pulun geri alınması tələb oluna bilər. Kartdan oğurlanan vəsait bir neçə banka köçürüldükdə onun geri qaytarılması prosesi də uzanır. Bu zaman həmişə pulu geri qaytarmaq mümkün olmur. Bir neçə banka köçürülən pul sonra nəğdləşdirilsə bu zaman pulu geri qaytarmaq olmur”.

Qeyd edək ki, oğurlanan pulun məbləğindən asılı olmayaraq hər kəs hüquq-mühafizə orqanlarına müraciət etməlidir./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*