Kərim Kərimovu rus şagirdlərinə belə anlatdılar – FOTOLARbackend

Kərim Kərimovu rus şagirdlərinə belə anlatdılar - FOTOLAR

Bu günlərdə Moskva şəhərində xalqımızın görkəmli oğlu Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun adını daşıyan 1583 №-li orta məktəbdə maraqlı tədbir keçirilib.

Tədbir Kosmonavtika elminin inkişafında misilsiz xidmətləri olan görkəmli alim Kərim Kərimovun anadan olmasının 102-ci ilinə həsr edilib.Məktəblilərin iştirakı ilə keçirilən maarifləndirici tədbir elə həmin təhsil ocağında çalışan pedaqoq Ramidə Qasımovanın təşkilatçılığı ilə baş tutub.

Öncə Türk dünyasının böyük oğlunun zəngin bioqrafiyası və onun fenomenal həyat hekayəsi haqqında iştirakçılara məlumat verilib. Bildirlib ki,Azərbaycan Cümhuriyyətinin parlament üzvü olmuş Əsədulla bəy Əhmədovun nəvəsi general Kərim Kərimovun dünyanın super gücü olan SSRİ-nin ən strateji sahəsinə rəhbərlik etməsi olduqca mühüm tarixi hadisədir. Qeyd olunub ki, bu görkəmli elm adamı qeyri-adi istedada, fenomenal yaddaşa, təşkilatçılıq bacarığına, yüksək intellektə və çevik təfəkkürə malik olub. Elə buna görə də, əvəzedilməz generalın bu keyfiyyətləri cümhuriyyətçi ailəsindən olması faktorunun arxa plana keçməsinə səbəb olub. Nəticədə isə bu fenomenal insan nəhəng SSRİ-yə misilsiz elmi xidmət göstərib

Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun həyat və fəaliyyətindən bəhs olunan böyük stend də nümayiş olunub.

Tədbir çərçivəsində məktəblilərin Kosmonavtikaya aid əl işlərindən ibarət sərgi-müsabiqə də keçirilib. Məktəblilər öz elmi məzmunblu əl işlərini nümayiş etdiriblər. Onların əl işlərini elm adamlarından ibarət münsiflər heytəti qiymətləndirib.Münsiflər heyətinə məşhur “Buran” kosmik gəmisinin müəlliflərindən olan Fizuli Fərəcov rəhbərlik edib. Münsiflər heyətinin üzvü isə Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatının Moskva vilayətinin sədr müavini,professor Həşim Əliyev olub. Onlar şagirdlərin təqdim etdikləri xeyli sayda əl işlərini və maketləri nəzərdən keçirərək qiymətləndiriblər.

O cümlədən, şagirdlər arasında kosmos mövzusunda viktorinalar da keçirlib. Məktəblilər bir-birindən maraqlı müzakirələr aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*