“Kim paylaşıb onu, vallah, xəbərim yoxdur” – Qurban Qurbanovbackend

“Kim paylaşıb onu, vallah, xəbərim yoxdur” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mayın 5-də klubun sosial media hesabındakı paylaşımın hansı anlama gəldiyi ilə bağlı sualı cavablandırıb.

KONKRET.az xatırladır ki, heç bir əlavə informasiya verilmədən yalnız “Tezliklə” yazılmış həmin paylaşımı Qurban Qurbanovun komandadan ayrılacağı mənasında da yozanlar da vardı.
Qurban Qurbanov isə sözügedən paylaşımdan xəbərsiz olduğunu deyib:
“Kim paylaşıb onu? (gülür) Vallah, heç birindən məlumatım yoxdur. Hələ komanda ilə 1 il müqaviləm var. Digər xəbərlərlə bağlı da məlumatım yoxdur”.

Natiq SƏLİM

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*