“Kim Şuşaya yolumu bağlayırsa, Allah da onun yolunu bağlasın“ – Xuramanbackend

“Kim Şuşaya yolumu bağlayırsa, Allah da onun yolunu bağlasın“ - Xuraman

“Bu gedişlə mən bir gün partlayacam və partlayışım da yolumu bağlayanlara çox pis fəsadlar verəcək. Mən hələ ki, susuram”.

KONKRET.az bildirir ki, bu sözləri yenisabah.az-a müğənni Xuraman Şuşalı deyib.

Bir çox həmkarının işğaldan azad olunan yerlərə dəvət almasına baxmayaraq müğənni hələ də Şuşaya gedib çıxa bilmədiyini qeyd edib:

“Mən hələ də işğaldan azad olunan bölgələrə gedib çıxmamışam. Gedən sənətçilərin siyahısını tutanların könlünə Allah insaf salsın ki, mənim də adımı oraya yazsınlar. Heç kəsə ağız açmıram, bir müddət əvvəl inciyirdim, çox pis olmuşdum, lakin artıq heç nə demirəm. Allah axırımızı xeyir eləsin. Bir onu bilirəm ki, şuşalılar qalıb kənarda, şuşalı olmayanlar dəfələrlə o yerləri gedib görüblər. Hər işdə olduğu kimi, gərək bu mövzuda da adamın adamı olsun. Gileylənmirəm, heç bir söz demirəm, onları Allaha tapşırmışam”.

X.Şuşalı üzləşdiyi laqeydliyə görə Mədəniyyət nazirini qınamaq istəməyib. Onun sözlərinə görə nazirliyin bəzi əməkdaşları ona qarşı bu cür qərəzli mövqe tuturlar:

“Mədəniyyət Nazirliyində dəyişiklik pandemiya ərəfəsinə düşdü deyə, bu haqda danışa bilmirəm,  danışsam da haqsız mühakimə etmiş olaram. Dəyişiklikdən əvvəl də, sonra da hər şey göz önündədir. Əslində, Mədəniyyət Nazirliyinə aid bir şey deyil, problem insanların özündədir. Paxıllıq, kiminsə yolunu kəsmək insanlara məxsusdur. Bu heç nazirə gedib çatmır, birinci aşağıda oturub siyahını yazanlar özlərini düzəltsələr, hər şey yaxşı olacaq. Mən hər şeyi açıb-ağardıb danışmıram,amma bu mövzu mənim yaralı yerimdir. Hər kəs etdiyi əməllərə görə cavab verəcək. Kim kimin yolunu bağlayırsa, İnşallah Allah özü onun yolunu bağlasın! Bu gedişlə mən bir gün partlayacam və partlayışım da yolumu bağlayanlara çox pis fəsadlar verəcək. Mən hələ ki, susuram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*