Kinoteatrlara QADAĞA – Pirat filmlər nümayiş olunmayacaqbackend

Kinoteatrlara QADAĞA - Pirat filmlər nümayiş olunmayacaq

Rusiyada böyük kinoteatr şəbəkələri aprelin 18-dən mayın 12-dək pirat filmlərə qadağa qoyub. Buna səbəb distribyutorların ultimatum məktublarıdır.

KONKRET.az xəbər verir ki, həmin ultimatumda kinoteatrlar qanuni filmlərə giriş verilməməklə hədələnib. Bir sıra distribyutorlar, o cümlədən “Atmosfera” Kino şirkəti məktubunda bildirib ki, kinoteatrlar böyükmiqyaslı filmlərin nümayişi zamanı yerli filmlərə dəstək olmalıdır. Mütəxəssislər hesab edirlər ki, qeyd olunan müddətdən sonra bu təcrübə daimi olacaq.

Qeyd edək ki, 2022-ci ilin sonundan Rusiya kinoteatrları Hollivud filmlərinin yayımının ləğvi səbəbindən bir neçə milyard rubl itirib. Film distribütorlarının gəlirləri COVID-19 pandemiyası səbəbindən tam azalıb. Dövlət Dumasının Mədəniyyət Komitəsinin sədr müavini, kinoaktrisa, RSFSR-in əməkdar artisti Yelena Drapeko Rusiya hakimiyyətinin kinoteatrları dirçəltməyə cəhd etdiyini açıqlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*