Ermənistanda seçki qalmaqalı böyüyür: Paşinyan təcili HƏRƏKƏTƏ KEÇDİbackend

Ermənistanda seçki qalmaqalı böyüyür: Paşinyan təcili HƏRƏKƏTƏ KEÇDİ

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyası Konstitusiya Məhkəməsində parlament seçkilərində kütləvi pozuntularla bağlı heç bir rəsmi iddia irəli sürməyib.

KONKRET.az xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyasının nümayəndəsi, hüquqşünas Aram Vardevanyan bildirib.

Onun sözlərinə görə, bu, hakim partiyanın siyasi bəyanatları ilə hüquqi mövqeyi arasında ziddiyyət olduğunu göstərir.

Vardevanyan qeyd edib ki, seçkilərdə ciddi pozuntular olubsa, bunlar əsasən hakim partiyanın fəaliyyəti ilə bağlıdır.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan daha əvvəl müxalifətin topladığı səslərin 70%-nin pul qarşılığında əldə olunduğunu iddia etmişdi.

Ermənistan Konstitusiya Məhkəməsi seçkilərlə bağlı yekun qərarı 4 iyuladək açıqlamalıdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*