Finlandiyanın NATO-ya üzvlüyü haqqında hazırlanmış qanun layihəsi alyansın nüvə silahlarının yerləşdirilməsinə icazə verir.
KONKRET.az xəbər verir ki, bu barədə Finlandiyanın “İltalehti” qəzeti mənbələrə istinadən yazıb.
Qəzetin yazdığına görə, Finlandiyanın NATO-ya daxil olması ilə bağlı sənəd praktiki olaraq hazırdır və iki həftə ərzində müzakirə və məsləhətləşmələrə təqdim olunacaq.
Qeyd edilib ki, nüvə silahı F-35 qırıcılarına yerləşdirilə bilər. Finlandiya artıq bu qırıcılardan 64 ədəd sifariş edib.
Xatırladaq ki, NATO-ya daxil olan 30 ölkədən 28-i İsveç və Finlandiyanın alyansa daxil olmasını ratifikasiya edib.
İqbal Rzayev,
KONKRET.az
